Ağacları kəsən şəxs 2800 manat cərimələndi
Qazax şəhəri, Əliağa Şıxlinski küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmət rəsmisi Ramal Bağırov bildirib ki, araşdırma zamanı ərazidəki ağacların vətəndaş Ceyhun Osmanov tərəfindən kəsildiyi müəyyən edilib.
Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və o, 2800 manat məbləğində cərimələnib.