“Taliban” Əşrəf Qanini təqib etməyəcəyini açıqladı


“Taliban” hərəkatının yaraqlıları Əfqanıstan hökumətinin bütün keçmiş məmurları barədə amnistiya qərarı qəbul edib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Taliban” hərəkatının xüsusi nüfuza sahib lideri Xəlik ur-Rəhman Hakkani açıqlayıb.

Hakkaninin sözlərinə görə, amnistiya qərarı həmçinin ölkənin keçmiş Prezidenti Əfrəş Qaniyə də şamil olunur.

O həmçinin qeyd edib ki, “Taliban”la ölkənin keçmiş Prezidenti və Əfqanıstanı tərk etmiş digər məmurlar arasında düşmənçilik yoxdur.

Hakkani vurğulayıb ki, ölkəyə qayıtmağa qərar verən məmurlar təqib olunmayacaqlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu