"Taliban" Əfqanıstan hökumətinə üç aylıq atəşkəs təklif edib


"Taliban" hərəkatı Əfqanıstan hökumətinə müraciət edərək üç ay müddətində atəşkəs təklif edib.


Bunu Əfqanıstan hökumətinin "Taliban"la danışıqlar üzrə nümayəndə heyətinin üzvü Nader Naderi deyib.

Qeyd olunub ki, təşkilat atəşkəsi 7 min silahlının həbsdən azad edilməsi müqabilində təklif edir.

Bu gün Qətərin paytaxtı Dohada rəsmi Kabillə "Taliban" arasında danışıqların növbəti mərhələsi nəzərdə tutulub. Tərəflər arasında danışıqlar ötən ilin sentyabrından davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu