AVRO-2021: Azərbaycanın millisi Rusiyaya qarşı


Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirəcək.


Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv A qrupundakı üçüncü sınağında Rusiya yığması ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 19:00-da başlayacaq qarşılaşma İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan yığmasının heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova və Anastasiya Bayduk çıxış edəcəklər.

Avropa çempionatı
Qrup mərhələsi
A qrupu, III tur

22 avqust
19.00 Azərbaycan - Rusiya

Qeyd edək ki, Azərbaycan millisi A qrupundakı ilk iki oyununda Belçika və Bosniya və Herseqovina seçmələrinə müvafiq olaraq, 0:3 hesabı ilə uduzub. Xalı olmayan yığma sonuncu - 6-cı pillədə qərarlaşıb



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu