Millimiz Avropa çempionatında final oyununa çıxır

Bu gün Azərbaycan mini-futbol millisi Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında final oyununa çıxacaq.
AFN.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu komanda həlledici matçda Rumıniya ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə 22:15-də başlayacaq.
Xatırladaq ki, yığmamız B qrupundakı ilk oyununda bu komandaya 0:2 hesabı ilə uduzub.
Avropa çempionatı, final
22:15. Azərbaycan - Rumınya