Yusuf Güney yanğınsöndürənlərlə dalaşdı, havaya atəş açdı


Türkiyəli müğənni Yusuf Güney meşə yanğınlarının baş verdiyi ərazidə mübahisə yaradıb.


İnsident Antalyanın Manavqat bölgəsinə aid Çardak məhəlləsində baş verib. Belə ki, o, Balamut adlı ərazinin yaxınlığında yanğını söndürməyə çalışan işçilərlə mübahisə edib.

İddialara görə, Güney yanğını söndürən şəxslərin onun istədiyi yerə müdaxilə etmədiklərini deyərək məmurların üzərinə tərəf getməyə başlayıb və yanındakı tapança ilə havaya bir neçə dəfə atəş açıb.

Məlumata əsasən, müğənni bölgədə olan polislər tərəfindən saxlanılıb və bölməyə aparılıb. Hazırda onun dindirilməsi davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu