Prezident İlham Əliyev Eldar Quliyevlə bağlı sərəncam imzaladı

Eldar Allahyar oğlu Quliyev “Şərəf” ordeni ilə təltif edilib.
AFN-ə xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
E.Quliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.