Aeroportda təyyarələr toqquşdu


Dubay şəhərinin hava limanında iki təyyarə toqquşub.


“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, BƏƏ-nin “Flydubai” aviaşirkətinin Dubaydan Bişkekə uçan sərnişin təyyarəsi aeroport ərazisində hərəkət zolağında Bəhreynin “Gulf Air” aviaşirkətinin təyyarəsi ilə toqquşub.

Məlumata əsasən, insident zamanı xəsarət alan olmayıb. Lakin buna baxmayaraq, sərnişinlər daha sonradan başqa reyslərlə yola salınıb.

Hazırda faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu