Təyyarə sahibsiz it səbəbindən hava limanına enə bilmədi


Banqalordan Qoaya uçan Hindistan aviaşirkətinin Vistara təyyarəsi eniş zolağında sahibsiz itə görə Dabolim beynəlxalq hava limanına enə bilməyib.


Bu barədə "India Today" məlumat yayıb.

Nəzarətçi uçuş zolağında olan heyvanı görüb və bu barədə ekipaj komandirinə məlumat verib. Pilotdan "bir müddət gözləmək" istənib, lakin pilot yenidən havaya qalxmaq qərarına gəlib.

Aeroport xidmətləri sahibsiz itin uçuş-enmə zolağına niyə çıxdığını araşdırır. Qoadakı Dabolim hava limanı Hindistan Hərbi Dəniz Qüvvələrinin Hansa Hava Stansiyasının bir hissəsidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu