Bakıda metronun qarşısında dəhşətli hadisə - Ər və arvad xəstəxanalıq oldu - VİDEO
Bakıda qadın həyat yoldaşını və özünü bıçaqlayıb.
AFN Xəzər TV-yə istinadən xəbər verir ki, “Koroğlu” metrostansiyasının yaxınlığında 1995-ci il təvəllüdlü Kərimova Günel Cəmil qızı əri, 1991-ci il təvəllüdlü Paşayev Nicat Müqəttar oğlunu bıçaqlayıb. G.Kərimova sonra özünə bıçaqla xəsarət yetirib.
Hadisə şahidlərinin sözlərinə görə, tərəflər arasında avtomobildə baş verən mübahisə sonda bıçaqlanma ilə nəticələnib.
Hər iki yaralı 3 saylı şəhər klinik xəstəxanasına gətirilib. Xəstəxanadan "Xəzər Xəbər"ə verilən məlumata görə, barmağının kəsilmiş yarası ilə xəstəxanaya daxil olan Nicat Paşayevə yardım göstərilərək ambulator müalicəyə göndərilib.
Qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan Günel Kərimovaya da ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə faktla bağlı araşdırma aparılır.