DİN: "Bakıda turistlərin evinə qonaq gedən qadın özü-özünə xəsarət yetirib" - YENİLƏNİB/FOTO


Daxili İşlər Nazirliyi (DİN) Bakıda turistlərin evinə qonaq gedən qadının döyülməsi ilə bağlı məlumata münasibət bildirib.


DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, qadının döyülüb xəsarət yetiriməsi ilə bağlı iddialar əsassızdır.

Qeyd edilib ki, hadisə baş verən ünvanda qadının özü-özünə xəsarət yetirməsi ilə bağlı görüntülər var: "İddiaların təfərrüatları Səbail Rayon Polis İdarəsinin 39-cü Polis bölməsində araşdırılır".

***

Bakıda gənc qız əcnəbilərin hücumuna məruz qalıb.


AFN.az "Report"a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Nizami küçəsində evlərin birində 1998-ci il təvəllüdlü Əliyeva Leyla Nizami qızı ərəblərin (2 nəfər) hücumuna məruz qalıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ saidin kəsilmiş yarası diaqnozu qoyulub.

L.Əliyeva bildirib ki, hadisə ərəblərin yaşadığı evə qonaq gedərkən baş verib. Tərəflər arasında yaranan mübahisə zamanı ərəblər L.Əliyevaya şüşə qırıntıları ilə xəsarət yetiriblər.

Hadisənin təfərrüatı araşdırılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu