DİN-dən Nəsimi Nəbizadə ilə bağlı AÇIQLAMA
Daxili İşlər Nazirliyi (DİN) Əməkdar jurnalist Nəsimi Nəbizadənin qanunsuz narkotik vasitələrin satışında şübhəli bilinərək saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Mətbuat xidmətinin Kütləvi İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.
Qeyd edək ki, sosial şəbəkələrdə Əməkdar jurnalist N.Nəbizadənin qanunsuz narkotik vasitələrin satışında şübhəli bilinərək saxlanılması barədə məlumat yayılıb.