DİN polis bölməsindən qaçmağa cəhd edən şəxslə bağlı məsələyə aydınlıq gətirdi


Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində özünü ikinci mərtəbədən atan şəxslə bağlı məsələyə aydınlıq gətirib.


DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən bölmədə özünə xəsarət yetirən şəxs narkotik vasitə aludəçisidir:

“Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir. Qaçmağa cəhd göstərərkən yıxılaraq xəsarət alıb. Müvafiq xəstəxanaya yerləşdirilib. Müalicəsi davam etdirilir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu