Mövlud Çavuşoğlu: "ABŞ prezidentinin belə bir ifadə işlədəcəyini düşünmürük"


“ABŞ kimi bir dövlət beynəlxalq hüququ nəzərə alarsa, belə bir qərar (qondarma erməni soyqırımını nəzərdə tutur-red.) verməz”.

AFN bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində söyləyib.

ABŞ Prezidenti Cozef Baydenin qondarma erməni soyqrımını tanıyıb-tanımayacağı ehtimalı ilə bağlı sualı cavablandıran XİN başçısı deyib: “ABŞ-ın əvvəlki prezidentləri bu iddiada olublar. ABŞ kimi bir ölkə başqa ölkələrə bir çox xatırlatmalar edir. Ancaq ABŞ kimi bir dövlət beynəlxalq hüququ nəzərə alarsa, belə bir qərar verməz. Aprelin 24-də ABŞ-ın belə bir ifadə işlədəcəyini düşünmürük. Ən pis ehtimal - tutaq ki qəbul etdi. Bir siyasətçinin belə bir ifadə işlətdiyi üçün vəziyyət dəyişmir. BMT bununla bağlı 1948-ci ildə açıq-aşkar qərarını verib”.

Qeyd edək ki, ABŞ-ın əvvəlki prezidentləri 1915-ci ilin aprel hadisələri barədə danışanda soyqırım ifadəsi işlətməyiblər. Keçmiş prezident Donald Tramp bu tarixdə baş verənləri “böyük fəlakət” adlandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu