Hulusi Akar: "Baydenin açıqlaması Türkiyə-Ermənistan əlaqələrinə mənfi təsir göstərəcək"
“ABŞ prezidentinin 1915-ci il hadisələri ilə bağlı “soyqırımı” ifadəsinin işlətməsi tarixi reallıqları inkar və təhrif etməkdən başqa bir şey deyil”.
“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ Prezidenti Cozef Baydenin saxta erməni iddiası ilə bağlı bəyanatını şərh edərkən bildirib.
“Bu ifadəni işlədənlər dünya və öz tarixlərinə baxmalıdır. ABŞ rəhbərliyinin səbəbi etibarsızdır, çünki mövcud olmayan bir hadisənin təkrarı olmayacaq. 2020-ci ildə belə bir ifadə işlədilməmişdi. Belə qərar alınması üçün nə dəyişdi? Sağlam düşüncəli ABŞ xalqı nə düşünür? Erməni xalqını artıq təmsil etməyən lobbilərin iradəsi ilə qəbul edilən bu qərarın ağıl və əxlaq baxımdan izahı yoxdur. Bu qərar intellektual namus baxımından ibrətamiz bir qərar və açıqlamadır".