Aqil Abbas Çingiz Abdullayevi dəstəklədi: “Niyə “Şəhid anaları” medalı təsis edilmir?”


“Sovet ittifaqı vaxtı bir çox statuslar, o cümlədən “qəhrəman ana” statusu var idi. Onlara da tətbiq edilən güzəştlər var idi. Çingiz Abdullayev çox maraqlı bir təkliflə çıxış edib ki, niyə bizdə “Şəhid anaları” medalı təsis edilmir? Çingiz Abdullayevin təklifi çox maraqlıdır. Bəlkə bu məsələ baxaq?”

"Report" xəbərinə görə, bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Aqil Abbas deyib.

“Hesab edirəm ki, bu məsələyə baxmaq olar” - deputat bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu