Deputat şikayətləndi: “Biz dünyada ən az kitab oxuyan millətik”
Milli Məclisin iclasında deputat Aqil Abbas Azərbaycanda nəşriyyatların vəziyyətindən və kitab oxuyanların sayından şikayət edib.
Oxu.Az-ın məlumatına əsasən, Aqil Abbas deyib ki, nəşriyyatlar can verir.
“Artıq qəzetlər də can verib”, - deyə o əlavə edib.
Deputat qeyd edib ki, indi Azərbaycanda nə qəzet, nə də kitab oxuyan var:
“Kitab oxumayan millətin gələcəyi yoxdur. Biz dünyada ən az kitab oxuyan millətik”.