ŞOK hadisə: Atalarını dəfn etdilər, sonra zəng gəldi ki, sağdır...

BAKU.WS "Show Tv"yə istinadən xəbər verir ki, hadisə Çanaqqala şəhərində qeydə alınıb.
Koronavirus xəstəsi kimi xəstəxanaya yerləşdirilən 69 yaşlı Rəcəb Yılmaz orada həyatını itirib. Lakin onun sənədləri Rəcəb Çeliklə adlı digər xəstə ilə səhv salındığı üçün ölüm xəbəri ikincinin ailəsinə verilib.
Yaxınları Rəcəb Çelikinin dəfn mərasimini təşkil ediblər. Sonradan xəstəxanadan zəng olunub və dəfn edilən şəxsin başqa şəxs olduğu bildirilib.