3 gün idi evlənmişdilər, lift qəzası ayırdı


Türkiyədə 3 gündür evlənən yaşlı cütlük lift qəzası səbəbindən faciəylə üzləşib.


AFN.az xəbər verir ki, hadisə Zonquldağdakı Gökçebey rayonunda baş verib. 3 gün əvvəl bir araya gələn yaşlı cütlük liftin ipinin qopması ilə ağır qəza keçirib. Yaşlı kişi həyatını itirib, qadın isə xəsarət alaraq xəstəxanada müalicəsini davam etdirir.

82 yaşlı Məhərrəm Aloğlu və 62 yaşlı Gıymet İ. Aloğlu oturduqları binanın liftinə minib. Liftdə kəndirin qopması nəticəsində boşluğa düşən cütlüyün köməyinə qonşular gəlib. Yaşlı cütlüyü liftdən xilas edə bilməyən vətəndaşlar 112 Fövqəladə Hallar Xidmətinə və yanğınsöndürənlərə zəng edərək kömək istəyiblər. Liftdən xilas edilən cütlük sağlamlıq qruplarına çatdırılaraq xəstəxanaya aparılıb. Məhərrəm Aloğlu bütün müdaxilələrə baxmayaraq, həyatını itirib. Həyat yoldaşı Güymət İ. Aloğlunun bədənində qırıqlar olduğu üçün müalicəsi davam edir. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu