Azərbaycan nə üçün minalar xəritəsini Ermənistandan tələb edə bilmir? (ŞƏRH)
Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Əkrəm Həsənov deyib. O bu məsələnin qarşılıqlı güzəştlərlə həll olunmalı olduğunu vurğulayıb:
"Tərəflər arasında saziş və orada konkret bəndlər var. Ona əməl edilməlidir. Rusiya tərəfi də həmin sazişin icrasına nəzarət edən tərəf olduğu üçün onu hər iki tərəfdən tələb edə bilər”.
Əkrəm Həsənov hesab edir ki, Azərbaycan bu məsələdə Rusiyanın vasitəçiliyindən istifadə edə bilər:
"Rusiya təsir etməlidir ki, xəritələri versinlər. Yox əgər etməyəcəklərsə, Ermənistanın uzunmüddətli sülh yaratmaq fikiri yoxdur. Biz bu məsələni eyni zamanda beynəlxalq aləmə çatdırmalıyıq”.