Bu şəxslərə icbari tibbi sığorta 3 illik pulsuz olacaq - RƏSMİ
Pensiyaçılar və işsiz vətəndaşlar 2024-cü ilə kimi icbari tibbi sığorta zərfindən pulsuz istifadə edəcəklər.
AFN Trend-ə istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Departament rəhbəri Aynurə Əhmədova deyib.
Onun sözlərinə görə, icbari tibbi sığorta zərfində "chek up" müayinələr nəzərdə tutulmayıb:
"Yalnız səhhətində msüəyyən problemlər hiss edildikdə ailə həkiminə müraciət etmək olar. Ailə həkimi həmin insanı müayinə, müalicə edə bilər. Ailə həkimi eyni zamanda, ehtiyac duyulan laborator, diaqnostik müayinələrin aparılması üçün göndəriş vərəqəsi verə, dar ixtisaslı həkimə yönləndirə bilər".
Xatırladaq ki, bugündən etibarən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edir. Belə ki, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcək.