İran səfiri Türkiyə XİN-ə çağırıldı


İranın Türkiyədəki səfiri Məhəmməd Ferazmend Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.



“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, buna İranın Bağdaddakı səfiri İrec Məscidinin verdiyi müsahibədə Türkiyəni İraqın suverenliyini pozmaqda ittiham etməsi səbəb olub.

Türkiyə XİN-dən Ferazmendə terrorla mübarizədə İranın Türkiyənin qarşısında deyil, yanında olmasını gözlədikləri bildirilib. Qeyd edilib ki, Türkiyənin keçirdiyi əməliyyatlar əsasən İraqın təhlükəsizliyi və suverenliyini hədəf alan PKK ünsürlərinə qarşı yönəldilmiş terrorla mübarizə çərçivəsində icra edilir.

Həmçinin, Türkiyə XİN-in xəbərdarlığında Məscidinin müsahibəsində İraqda PKK-nın mövcudluğu təhlükəsinə toxunmadığı da diqqətə çatdırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu