Almaniya səfiri İran XİN-ə çağırıldı


Almaniyanın İrandakı səfiri Hans Edo Motsel Xarici İşlər Nazirliyinə çağırılıb.


Görüşdə XİN-in Qərbi Avropa üzrə baş direktoru Almaniya kanslerinin məsuliyyətsiz bəyanatlarını pisləyib.

Bildirib ki, Almaniya İranın daxili işləri ilə bağlı destruktiv yanaşmalar sərgiləyir:

“Bu cür qeyri-konstruktiv bəyanatların və hərəkətlərin davam etdirilməsi iki ölkə arasında münasibətlərin inkişafına mənfi təsir edir. Bu təsirlərə görə Almaniya tərəfi məsuliyyət daşıyır”.

İranın rəsmi etiraz notası Almaniya səfirinə çatdırılıb. Almaniya səfiri isə cavabında bildirib ki, mesajı ən qısa vaxta öz hökumətinə çatdıracaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu