Pensiya yaş həddində yenidən dəyişiklik edilir - TARİX AÇIQLANDI
AFN-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov bildirib.
O qeyd edib ki, pensiyada yaş həddinin mərhələli şəkildə artırılması 2017-ci ildən həyata keçirilir:
"Kişilər üçün pensiya yaşı 65-dir və bu proses tamamlanıb. Hazırda qadınların pensiya yaşı 62 yaşdır. Bu proses də 65 yaşa çatdıqda proses tamamlanacaq. Bu ilin iyul ayında qadınlar üçün pensiya yaşı yenidən altı ay artırılacaq".