MilliÖn bu tələbi hansı şirkətin irəli sürməsi haqda açıqlama verməlidir - Ekspert
Natiq Cəfərli bildirib ki, bu qərar əhaliyə deyil, qeyri əhaliyə - kommersiya müəssələrinə, VÖEN-lə çalışanlara aiddir. Ancaq uğurlu deyil, pis bir presedent yaranır, yəni insanlar düşünür ki, qeyri-əhaliyə aid edilirsə, bir müddətdən sonra ola bilər ki, əhali üçün də bənzər qərarların qəbul olunmasının yolu açılsın.
Qeyd edək ki, "Milliön” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva "Xəzər” televiziyasının "Birinci studiya” verilişində yalnız "Azərişıq” qeyri-əhali ödənişlərində müştərilərdən 1 AZN xidmət haqqı tutulacağı barədə açıqlama verib.