“Keşlə” “Kəpəz”i məğlub etdi

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilir.
Başa çatan qarşılaşmada “Keşlə” “Kəpəz”i qəbul edib.
Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu komandalar arasındakı cavab görüşləri fevralın 7-də gerçəkləşəcək.
Azərbaycan Kuboku
1/4 finalın ilk oyunları
2 fevral
“Keşlə” – “Kəpəz” 1:0
Qol: S.M.Kolli, 42-pen.
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Allahverdiyev.
Bakı. “ASK Arena”, 16:00.