Ərdoğan və Putinin görüşünə hazırlıq aparılır


“Şərtlər əlverişli olduğu bir vaxtda gələn il Türkiyədə Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısı keçiriləcək”.

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Soçidə keçirilən Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun VIII toplantısında çıxışı zamanı deyib.

O, bugünkü görüşdə gələn il keçiriləcək toplantının gündəmində duracaq məsələlər üzərində çalışmalı olduqlarını bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə çıxışında Türkiyə və Rusiya prezidentləri arasındakı münasibətlərdə olan qarşılıqlı inamın təkcə ikitərəfli deyil, həm də regional münasibətlərin inkişafına xidmət etdiyini qeyd edib: “Bu gün biz gələn il Türkiyədə iki ölkə prezidentinin görüşü üçün hazırlıq aparacağıq. Ankara Moskva ilə sıx dialoqdan və bu dialoqu dəstəkləyən qurumların aktiv işindən razıdır. Ticarət, mədəniyyət, turizm və energetika sahələrindəki münasibətlərimizin genişlənməsi əlbəttə ki, böyük məmnunluq doğurur”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu