Səfərbərliklə çağırılan hərbçilərin tərxisinə başlanıldı - SƏRƏNCAM


Prezident İlham Əliyev səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında sərəncam imzalayıb.



Qaynarinfo xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış hərbi qulluqçular 2020-ci il dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək.
Ad - 00:30
ƏTRAFLI
Music Gallery

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti bu Sərəncamın 1-ci bəndinin icrası barədə Azərbaycan Respublikasının Prezidentini mütəmadi olaraq məlumatlandıracaq. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu