Polisin qanuni tələblərini yerinə yetirməyən sürücü saxlanıldı
Sosial şəbəkələrdə polisin qanuni tələblərini yerinə yetirməyən "KamAZ" sürücüsü ilə bağlı tədbir görülüb.
Bu barədə "Report"a Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib.
Bildirib ki, dekabrın 18-i saat 21.00 radələrində Xətai rayonu, Nobel prosoekti ilə hərəkətdə olan 10 HZ 667 dövlət nömrə nömrə nişanlı "KamAZ" markalı avtomobili idarə edən Şüvəlan qəsəbəsi sakini, 36 yaşlı Məmmədov Balaəhməd Ağaəhməd oğlu sənədləri qaydasında olmadığı üçün polis tərəfindən verilən “saxla” əmrinə əməl etməyərək qaçmağa cəhd göstərib:
"Lakin buna baxmayaraq polis əməkdaşlarının operativliyi və təhlükəsizlik qaydalarını nəzərə alaraq gördüyü tədbirlər nəticəsində sürücü avtomobillə birlikdə saxlanılıb. Nəqliyyat vasitəsi müvəqqəti mühafizə olunan duracağa qoyulub, sürücü barəsində isə müvafiq araşdırma aparılmaqla Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə təhvil verilib. Sürücü barəsində qanunvericiliyin tələbinə uyğun tədbir görülüb".