Bakı metrosu yanvarın 31-dək işləməyəcək
"Bakı Metropoliteni" QSC-də sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 31 yanvar saat 06:00-a qədər uzadılır.
AFN-ə xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılmasına dair qərarında bildirilir.
Qərarda həmçinin deyilir ki, 31 yanvar saat 06:00-a qədər bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.