Putin: “Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur”
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 9 noyabrda imzaladıqları birgə bəyanat ardıcıl şəkildə icra olunur.
APA-nın xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) onlayn iclasında çıxışı zamanı bildirib.
O, hərbi əməliyyatların dayandırılması, tam atəşkəsə nail olmaq və sabitləşmə prosesinə başlamaq üçün Rusiyadan güclü vasitəçilik səylərinin tələb olunduğunu vurğulayıb.
Rusiya dövlət başçısı təmas xətti və Laçın dəhlizi boyu Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini xatırladıb.
V. Putin qeyd edib ki, hazırda əsas məsələ hərbi əməliyyatların baş verdiyi bölgədə yaşayan və bundan təsirlənmiş insanlara birgə yardım etmək, qaçqınların geri qaytarılması, dağıdılmış infrastrukturun bərpası, dini və mədəni-tarixi abidələrin qorunması ilə bağlı humanitar məsələlərin həllinə kömək göstərməkdir.