Şəhid və qazi ailələrinə nə qədər təqaüd veriləcək?


Azərbaycanın bütövlüyü uğrunda şəhid olanların ailələrinə və qazi statusu almış hərbçilər üçün maddi və psixoloji güzəştlər nəzərdə tutulub.



“Report” xəbər verir ki, bu yardım təqaüd şəklində həyata keçiriləcək.

Belə ki, şəhid ailəsi üçün təqaüdlərin məbləği 300 manat, müharibə səbəbindən əlilliyi olan şəxslər üçün təqaüdlərin məbləği 1, 2 və 3-cü dərəcəyə uyğun olaraq, 250, 230 və 210 manat təşkil edir.

Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində psixoloji dəstək mərkəzi də fəaliyyətə başlayıb. Bu dəstək müharibə zonasındakı vətəndaşlar, müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri və yaralanmış vətəndaşlar üçün dövlət hesabına təmin ediləcək. Sosial Xidmət Agentliyi tərəfindən "Qaynar xətt" (050 406- 75- 85) yaradılıb. Psixoloji yardıma ehtiyacı olan şəxslər bu nömrəyə zəng etməklə dövlət vəsaiti hesabına həyata keçirilən dəstəkdən yararlana bilərlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu