Rusiya XİN-dən Qarabağdakı abidələrin qorunması məsələsinə münasibət

Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı mədəni, tarixi və dini irsin qorunması məsələsinə münasibət bildirib.
Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi həftəlik brifinqdə “Dağlıq Qarabağ bölgəsindəki abidələrin qorunması mövzusu üzərində də dayanmaq istərdim. Abidələrin və Məkanların Qorunması Şurasının (ICOMOS), Beynəlxalq Arxivlər Şurasının, Beynəlxalq Muzeylər Şurasının (ICOM), Beynəlxalq Kitabxana Dərnəkləri və Müəssisələri Federasiyasının Dağlıq Qarabağdakı vəziyyətlə bağlı birgə bəyanatını alqışlayırıq”,- deyə bildirib.