Azərbaycanda koronavirusa yoluxanların sayı bu gün də artdı
![](https://static.report.az/photo/1a514d83-b7d9-3bfb-8c12-5b75f13c9bb2_850.jpg)
Azərbaycanda koronavirus infeksiyasına daha 3 705 yoluxma faktı qeydə alınıb, 1 609 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AFN-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 106 101 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 68 572 nəfər müalicə olunaraq sağalıb, 1 256 nəfər vəfat edib. Aktiv xəstə sayı 36 273 nəfərdir.
Ötən müddət ərzində 1 665 832 test aparılıb. Bugünkü test sayı isə 19 178-dir.