Qarabağda döyüşən hərbçilərimizin kredit borcları silinəcəkmi? - VİDEO


Azərbaycan Banklar Assosiasiyasına üzv banklar bir müddət öncə hərbçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşlarımızın dəstəklənməsi məqsədilə qərar qəbul etdi.



Qərar cəmiyyətdə rəğbətlə qarşılandı, onun icrası böyük maraqla izlənməyə başlandı. Son günlər bəzi sosial şəbəkə istifadəçilərinin qərarın icrası ilə bağlı problemlərin yarandığını bildirməsi isə narahatlığa səbəb olub.

ARB Xəbər sözügedən məsələ ilə bağlı maraqlı sujet hazırlayıb.

İddia olunur ki, bəzi banklar borcu olan və səfərbərliyə cəlb edilən vətəndaşlardan bəzilərinin, xüsusən də yaralı hərbçilərin qərarda göstərildiyi kimi kredit faizlərini dondurmayıb.

Rəşad Həsənov - İqtisadçı: "Onların əmək fəaliyyəti artıq risk altına düşüb. Əsas onların borclarının silinməsi, dondurulması, eyni zamanda növbəti dövrlərdə gəlirlərindən, əmək qabiliyyətini bərpa etmək imkanından asılı olaraq yaralıların belə kredit öhdəliklərinin silinməsindən söhbət getməlidir”.

Məsələ ilə bağlı bankların da mövqeyini öyrəndiq.

Pərviz Sədrəddinov - "Kapital Bank"ın şöbə rəisi: "Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş hərbiçilərimizin, habelə düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın kredit borcları tam olaraq silinir".

Orxan Kazımov - "Bank of Baku"nun departament direktoru: "Bütün hərbiçilərimizin, eyni zamanda hərbi səfərbərliyə cəlb edilmiş müştərilərimizin kreditlərinin təqibi tam dayandırılıb".

Bank VTB-dən isə bildirildi ki, problemlə əlaqədar mümkün variantlar müştərilərə təklif edilib. Ümumilikdə Banklardan aldığımız yekun fikir isə belə oldu: borcların dondurulması, yaxud silinməsi qısa müddətdə reallaşan proses deyil.

Rəşad Həsənov – İqtisadçı: "Biz bilmirik ki, nə qədər hərbiçinin ümumi kreditindən söhbət gedir. Və onun strukturu nədir.

Verdiyi qərara aydınlıq gətirməsi və cəmiyyətdə çaşqınlıq yaranmaması üçün Banklar Assosiasiyasına sorğumuz isə cavabsız qaldı. Mövcud reallıqları nəzərə alaraq, bu mövzunun diqqətdə saxlanılması vacibdir. Çünki söhbət vətən uğrunda hər şey fəda deyənlərdən gedir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu