ABŞ-da sınaqdan keçirilən COVID-19 peyvəndi yoluxmanın qarşısını almaqda 94,5% təsirlidir


ABŞ-ın biotexnologiya şirkəti “Moderna” Inc. klinik sınaqdan keçirdiyi COVID-19 əleyhinə potensial peyvəndin infeksiyaya yoluxmanın qarşısını almaqda 94,5% təsirli olduğunu açıqlayıb.



APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu nəticə potensial peyvəndin sonuncu sınaq mərhələsində əldə olunub.

“COVID-19-u dayandıra biləcək bir peyvəndə sahib olacağıq”, - deyə şirkətin prezidenti Stephen Hoge açıqlamasında deyib.

Klinik sınaqda iştirak etmiş 95 nəfərdən yalnız 5 nəfər infeksiyaya yoluxub.

“Moderna” peyvəndinin əsas üstünlüyü onun “Pfizer”in peyvəndindən fərqli olaraq ultra soyuq anbara ehtiyac duymamasıdır. “Moderna”nın potensial peyvəndi 2-8 dərəcə arasında olan soyuducuda 30 gün, altı aya qədər isə 20 dərəcə temperaturda saxlanıla bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu