Cəbrayıl və Qubadlı rayon polis şöbələri şəhər mərkəzinə köçürülüb
"Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" fərmanına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir".
AFN xəbər verir ki, bunu “Report”a Milli Məclisə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilmiş Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, artıq Cəbrayıl və Qubadlı rayon polis şöbələri işğaldan azad edilmiş Cəbrayıl və Qubadlı şəhərinin mərkəzinə yerləşdirilib: “Həmin rayonların polis şöbələrinin rəisləri isə hərbi komendantlar təyin edilib”.