Ermənistan vətəndaşları Qarabağdan silah-sursat daşıyır


Ermənistanın Vardenis (Göyçə) rayonunun polis əməkdaşları Azərbaycanın Qarabağ bölgəsinin işğal altında olan qismindən qanunsuz silah aparanları saxlayıb.



“Report” xəbər verir ki, məlumatı “Aysor” yayıb.

Bildirilib ki, Qarabağdan Vardenisə gedən avtomobildən qumbara, güllə və tüfəng aşkar edilərək müsadirə olunub.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti Qarabağdan Ermənistan vətəndaşlarının silah-sursat daşıdıqları ilə bağlı əvvəlcədən xəbərdarlıq edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu