MN: Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutur
10:05 / 04.11.2020
Noyabrın 4-ü saat 08.05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur.
Müdafiə Nazirliyindən AFN-ə verilən xəbərə görə, Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görür.