Ermənistanda koronavirusa yoluxanların sayı Çini ötdü
Ermənistanda daha 2 398 nəfərdə koronavirus aşkarlanıb.
“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 87 432-yə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı rekord sayda - 28 nəfər artaraq 1 300-ə çatıb. İndiyədək 54 316 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 31 458 aktiv koronavirus xəstəsi var.
Qeyd edək ki, koronavirus infeksiyasının ilk mənbəyi olan Çində indiyədək 85 940 yoluxma faktı qeydə alınıb.