Gürcüstanda son sutkada 919 nəfər koronavirusa yoluxub
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 14 440-a, sağalanların sayı 7 367-yə, vəfat edənlərin sayı isə 113-ə çatıb.
Karantində 5 792, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 1 042 nəfər xüsusi otellərdə müalicə olunur.