Hikmət Hacıyev: Təzyiqlər var və Prezident bu təzyiqlərə mərdi-mərdanə sinə gərməkdədir


"Bu gün ATƏT-in Minsk qrupunun üzərinə düşən vəzifə ondan ibarətdir ki, dərhal məqsədyönlü danışıqlar bərpa edilməlidir”.



Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Ermənistan qoşunları işğal olunmuş ərazilərimizdən çıxarılmayınca Cənubi Qafqazda sülhün bərqərar olması qeyri-mümkündür: "Xalqımız bilməlidir ki, bu istiqamətdə ölkə başçısının tapşırığı ilə işlər davam etdirilir. Ölkəmizə müxtəlif təzyiqlər var və Ali Baş Komandan bu təzyiqlərə də mərdi-mərdanə sinə gərməkdədir. Biz bu təzyiqləri çox görmüşük. Amma Azərbaycanın işi haqq işidir”.

Prezident köməkçisi bildirib ki, Ermənistanın sülhə məcbur edilməsi əməliyyatının birinci hissəsi başa çatıb: "Dünən Ali Baş Komandanın tapşırığı ilə Xarici İşlər naziri Ceyhun Bayramov Moskva görüşündə iştirak edib. Görünən odur ki, Ermənistan tərəfi humanitar atəşkəs rejiminin tətbiq olunmasından yenə də istifadə edir. Azərbaycanla heç kim şərtlərlə danışa bilməz. Atəşkəs sülh deyil. Amma buna baxmayaraq biz yenə də Ermənistanın riyakarlığını görürük”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu