Yaponiyanın yeni vəliəhdinin şərəfinə keçiriləcək mərasimin vaxtı açıqlanıb
Yaponiya hökuməti şahzadə Akisinonun taxt-tacın varisi kimi elan olunması ilə bağlı mərasimin noyabrın ortalarında keçirilməsinə qərar verib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
“Rikkosi no rey” adlanan tədbirlərin əvvəlcə aprelin ikinci yarısında keçirilməsi planlaşdırılırdı. Ancaq koronavirus pandemiyası və kütləvi tədbirlərin təşkilində məhdudiyyətlər olduğu üçün onu təxirə salıblar.
Əlli dörd yaşlı şahzadə Akisino Yaponiyanın yeni imperatoru Naruhitonun kiçik qardaşıdır. Naruhito atası, artıq keçmiş imperator olan Akihitonun 2019-cu il mayın 1-də könüllü olaraq səlahiyyətlərini təhvil verməsindən sonra taxt-tacın sahibi olub.