Yaponiyanın baş naziri iki ölkəyə səfərini təxirə salıb

Yaponiyanın Baş naziri Yoşihide Suqa Hindistan və Filippinə səfərini təxirə salıb.
“Report” TASS-a istinadən xəbər verir ki, səfər aprelin sonu-mayın əvvəlinə planlaşdırılmışdı.
Səfərin təxirə salınmasının əsas səbəbi Yaponya və Hindistanda koronavirusun surətlə yayılmasıdır.
Qeyd edək ki, Yaponiyanın baş naziri aprelin 16-da ABŞ-a səfər edib və Vaşinqtonda Prezident Cozef Baydenlə görüşüb.
Xatırladaq ki, Yaponiyada indiyədək 537 317 nəfər koronavirusa yoluxub, 9 671 nəfər ölüb. Viris aşkarlanan 486 076 pasiyent ölüb.
Hindistanda isə COVID-19-a 15,6 milyon insan yoluxub, 182 min nəfər ölüb.