Azərbaycanda son sutkada 182 nəfər COVID-19-a yoluxub, 145 nəfər sağalıb, 2 nəfər vəfat edib
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 41 113 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 38 858 nəfər müalicə olunaraq sağalıb, 602 nəfər vəfat edib, aktiv xəstə sayı 1 653 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 261, ötən müddət ərzində isə ümumilikdə 1 150 658 test aparılıb.