Kardi B azərbaycanlılardan üzr istədi - FOTO


Dünyaca məşhur ulduzlar Elton Con və Kardi B-nin Ermənistana dəstək paylaşımı Azərbaycanda sosial şəbəkə istifadəçilərinin hücumuna məruz qalıb.



AFN axşam.az-a istinadən xəbər verir ki, müğənni Eltonun erməni xalqına dəstək olması ilə bağlı qırmızı foto yayımlamasına Azərbaycandan on minlərlə şərh yazılıb. Hər kəs sənətçiyə terrora dəstək olduğunu yazıb, tarixi oxumasını məsləhət görüb. Bir gündən sonra isə Elton Con paylaşımını silib.

Ötən gün isə azərbaycanlılar Kardi B-nin İnstaqram, "Youtube", tvitter hesablarına #cardibsupportsterrorism həştaqı yayımlayıblar. Az keçmədən terrora dəstəkdə ittiham edilən müğənni hər kəsdən üzr istəyib və bunları əlavə edib:

"Mən terroru dəstəkləmirəm, bunu nə baş verdiyini araşdırmadan dostum üçün paylaşdım. Buna görə üzr istəyirəm. Müharibəni sevmirəm. İki ölkə arasındakı konfliktləri sevmirəm, bundan günahsız insanlar əziyyət çəkir".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu