Alina Qrosu 9 aylıq müharibədən sonra Ukraynanı tərk edib deyə qınandı


Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan müğənni Alina Qrosu ölkəsindən ayrılmayıb, könüllülük edir. Ancaq indi o, ABŞ-a gedib, buna görə də sosial şəbəkə istifadəçilərinin hücumuna məruz qalıb.


AFN.az UNİAN-a istinadən xəbər verir ki, instaqram səhifəsində müğənni ona ehtiyac hiss edildiyi müddətcə Ukraynada qaldığını bildirib: "Mən demək olar ki, 10 aya yaxındır ki, Ukraynada olmuşam, ona görə də bu mövzunun mənə aidiyyatı yoxdur. Mən o ana qədər orda oldum ki, təkcə köməyimə deyil, həm də müğənni kimi şəxsimə ehtiyac olduğunu hiss etdim. Mən yəqin ki, daim Ukraynada olan azsaylılardanam". O əlavə edib ki, ABŞ-a dolanışığını təmin etmək üçün köçməyib, tezliklə vətənə qayıdacaq.

Xatırladaq ki, bir müddət əvvəl Alina Qrosu rus sevgilisi ilə ayrıldığını bildirmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu