"Bəzənib gedirlər şəhid ailələriylə görüşə" - Flora Kərimovadan müğənnilərə irad


"Müğənnilərdən bir xahişim var: Yalvarıram sizə, şəhid anaları, xanımları ilə görüşəndə bəzəkli-düzəkli getməyin. Bu yaxınlarda məni dəvət etdilər. Müğənnilər çox dəbdəbəli gəldilər".


Bu sözləri Xalq artisti Flora Kərimova müğənni Niyam Salami ilə söhbətində deyib. Müğənni sənət adamlarına səslənib. O bildirib ki, şəhid anaları, övladları ilə görüşə gedənlər çox bəzənirlər:

"Şəhid anası ağappaq saçla oturub. Onun yanında yeddiqatdan çıxmış müğənni... Müğənni hiss etmir ki, o, ananın gözündə yaş, üsyan var. Nə olar bəzənməyin. Çünki o xanımın, ananın, ağbirçəyin gözündə həsrəti görürsüz, hiss etmirsiz? Onun həyat yoldaşı, övladı, nəvəsi torpağın övladıdır, bizə görə canını verib. Siz bərli-bəzəkli gələndə... Qadının səliqə boynuna biçilib, amma..."./Axşam.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu