"Vətən Bağı" Sosial Təşəbbüslər İB Fazil Mustafanın güllələnməsi ilə bağlı bəyanat yaydı


"Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyi Fazil Mustafanın güllələnməsi ilə bağlı bəyanat yayıb.


AFN.az bəyanatın mətnini təqdim edir:

Bu gün Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa evinin qarşısında terrora məruz qalıb. Bəli, bu terrordur. Azərbaycan dövlətinin rəsmi şəxsinə, millət vəkilinə yönələn bu sui-qəsd cinayəti terrorizmdir.
Bu terroru törədənlərin bir məqsədi var: Azərbaycandakı stabilliyi pozmaq, xaos yaratmaq. Ancaq onlar yanılırlar. Azərbaycan güclü hüquq sisteminə, güclü ideoloji xəttə və güclü təhlükəsizliyə malik bir dövlətdir. Bu terroru törədənlər unutmasın ki, Azərbaycan xalqı hər zaman terrora qarşı olub, terroru pisləyib və lənətləyib.
Hörmətli Fazil müəllimə qarşı törədilən bu terroru şiddətlə qınayırıq və inanırıq ki, tezliklə bunu edən öz cəzasını alacaqdır .
Fazil müəllimə keçmiş olsun deyir, tezliklə ayağa qalxmasını diləyirik.

Emin Tarverdiyev, "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu