Zakir Həsənovla Hulusi Akarın telefon danışığı oldu
Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Hulusi Akar hər zaman Azərbaycanın yanında olduqlarını bildirib:
“Ərazi bütövlüyünü qorumaq uğrunda mübarizədə sonadək Azərbaycan türkü qardaşlarımızın yanında olacağıq”.